Paytaxt Bakıda 2019-cu ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artıb.
Bu barədə Banker.az-a Bakı Statistika İdarəsindən məlumat daxil olub.
Hesabat dövründə əhaliyə ödənişlərin həcmi 442,9 milyon manat olmub. Hüquqi şəxslər tərəfindən əhaliyə 268,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 60,6 faizini təşkil etmişdir.






