2 C
Baku
Saturday, December 14, 2024

“Trump Organization”nın sığorta bazarındakı fəaliyyəti üzrə araşdırmalara başlanılıb

Nyu-York ştatının Maliyyə Xidmətləri İdarəsi, ABŞ prezidenti Donald Trump-ın sahib olduğu Trump Organization şirkətinin sığortalanmasında mümkün qanun pozuntularını yoxlayır. Bankr.az bu haqda The New York Times qəzeti yazır.

İdarənin özü Trump və onun şirkətinə qarşı istintaq aparmaq səlahiyyətinə malik deyil, lakin qanun pozuntusu halında aşkar edilən materialları prokurorluğa ötürə bilər. Hal-hazırda, şirkətdən 2009-cu ildən bəri mövcud olan bütün sənədləri təqdim etməsi tələb olunur.

“Siyasətimizə uyğun olaraq bütün tənzimləyici orqanlarla əməkdaşlıq etməyi planlaşdırırıq”, – deyə Aon şirkətinin sözçüsü vurğulayıb. Trump Organization şirkətinin nümayəndəsi, qəzetin göndərdiyi sorğuya cavab verməyib.

Müraciət bir neçə gün əvvəl Donald Trump-ın keçmiş vəkili olan Michael Cohen-nin ABŞ Konqresinə Trump Organization təşkilatının sığorta şirkətləri üçün aktivlərinin dəyərini şişirdiyini söylədikdən sonra göndərilib. Bu hadisədən sonra, Trump Organization bu məsələyə federal prokurorları, ABŞ Konqresinin demokratlarını və sığorta sənayesindəki nəzarət orqanlarını cəlb edib.

Bundan əlavə qeyd etmək lazımdır ki, Nyu-York ştatının mövcud qubernatoru olan Andrew Cuomo, Trump-ın fəaliyyətini dəfələrlə tənqid edib.

Son xəbərlər
Digər xəbərlər