6 C
Baku
Sunday, December 15, 2024

Sosial islahatlar paketi Azərbaycanda inflyasiyaya güclü təsir göstərməyəcək – AMB sədri

Azərbaycanda həyata keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir göstərməyəcək. Azərbyacn Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.

Azərbaycan prezidentinin problemli kreditlərin həllinə dair fərmanının icrası nəticəsində pul kütləsinin mümkün artımı məsələsinə toxunan E.Rüstəmov qeyd edib ki, bu fərman çərçivəsində ayrılan məbləğin böyük hissəsi emissiya xarakteri daşımır.

“Problemli kreditlərin həlli üzrə fərmanın icrası məqsədilə ayrılan vəsaitin böyük hissəsi emissiya xarakteri daşımır. Bu vəsait 2019-cu il dövlət büdcəsində artıq nəzərdə tutulub. Vəsaitin bir hissəsi emissiya xarakterli olacaq və inflayasiyanın artımının qarşısını almaq üçün AMB-nin malik olduğu bütün alətlərdən istifadə edəcəyik. Bankların valyuta mövqeyinin bağlanması məqsədilə istiqrazlar buraxılacaq, bundan əlavə, notlar və AMB-nin depozit hərracları vasitəsilə sterilizasiya həyata keçirəcəyik”, – E.Rüstəmov vurğulayıb.

Onun sözlərinə görə, digər sosial fərmanların da inflyasiyaya təsiri cüzi olacaq. “Biz onların təsirini 0,3-0,4% səviyyəsində qiymətləndirmişik. Bizdə isə illik inflyasiya 1,7-1,8% təşkil edir. Beləliklə, inflyasiyaya güclü təsir gözlənilmir”, – AMB-nin sədri qeyd edib.

Öncə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bəyan edib ki, 2019-cu ildə Azərbaycan hökuməti prezident İlham Əliyevin cari ilin yanvar-fevral aylarında imzaladığı fərmanlar çərçivəsində sosial təşəbbüslərin reallaşdırılmasına 2,2 mlrd. manatdan artıq ($1,3 mlrd.-dan artıq) vəsait yönəltmək niyyətindədir.

Xüsusilə, martın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 180 manatadək (əvvəl 130 manat olub), minimal pensiyanın məbləği – 160 manatadək (öncə 116 manat olub), Prezident təqaüdünün məbləği – 210 manatadək (əvvəl 185 manat olub) artırılıb.

Eyni zamanda, mart ayından etibarən davamiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşdirilən ali məktəblərin təqaüd alan tələbələrin sayı 16 min nəfərdək artırılıb.

Bundan əlavə, 2019-cu il martın 1-dən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün prezident təqaüdünün aylıq məbləği 220 manatdan 300 manatadək, məcburi köçkünlərin aylıq müavinətlərinin məbl\ği 50% artırılıb.

O cümlədən, prezident Azərbaycan vətəndaşlarının problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırıb.

2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər