Venesuela və Fələstin almaz istehsalına dair müqavilə imzaladılar

Venesuela və Fələstin brilyant istehsalına dair strateji müqavilə imzalayıblar, müqavilənin imzalanması prosesi Latın Amerikası ölkəsinin prezidenti Nicolas Maduronun Twitter səhifəsində yayımlanıb.

“Gəlin almaz istehsalına dair planlarımızı müzakirə edək. Venesuelada dünyanın ən böyük almaz ehtiyatlarına malikdir. Bizim neft, qızıl və brilyant ehtiyatlarımız var, Allah bizi hər şey ilə təmin edir . Biz fələstinli şirkəti ilə almaz istehsalı ilə məşğul olan 154 alyans arasında müqavilənin bağlanmasına şahid oluruq”,- deyə Maduro qeyd edir.  

Venesuelanın dağ-mədən sənayesinin inkişaf Nazirliyinin məlumatına görə, Bolivarda, xüsusilə Orinoko bölgəsində olan almazların 85% -i ən yüksək keyfiyyətə malikdir və oyma, ağırlıq, təmizlik və rəng kimi bütün meyarlara cavab verir. 2014-cü ildə brilyantlar Venesuelanın beynəlxalq ehtiyatlarına daxil olmuşdur.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər