Türkiyə 2009-cu ildən etibarən ilk dəfə olaraq iqtisadi resessiyaya daxil oldu

Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan Türkiyə, 2009-cu ildən etibarən ilk dəfə olaraq iqtisadi resessiya dövrünə daxil olub: artıq iki rübdür ki, ölkə iqtisadiyyatı aşağı düşməyə davam edir.

2018-ci ilin dördüncü rübündə Türkiyənin ÜDM-u üçüncü rüblə müqayisədə 2,4% azalıb. Bu barədə Türkiyənin statistika İnstitutu bazar ertəsi günü məlumat verib. Üçüncü rübdə ölkə iqtisadiyyatı ikinci rüb ilə müqayisədə 1,6%  azalıb. Əslində ÜDM-un aşağı düşməsi sürpriz deyil. Bloomberg-in keçirtdiyi sorğululara əsasən bununla bağlı iqtisadiyyatçıların irəli sürdükləri fərziyyələr:

  • Türkiyənin 2009-cu ildən etibarən resessiya ilə üzləşməməsi. Həmin dövrdə qlobal böhran fonunda davamlı şəkildə ÜDM-un aşağı düşməsi müşahidə olunur – 2008-ci ilin ikinci rübündən 2009-cu ilin birinci rübü də daxil olmaqla.
  • 2017-ci ilin dördüncü rübündə ÜDM 3% aşağı düşməsini müşahidə edirik, bu məlumat Türkiyənin iqtisadiyyat İnstitutu tərəfindən təsdiqlənir. 2018-ci ilin nəticələrinə görə, ÜDM 2,6% artıb (2017-ci ildə bu rəqəm 7,4% təşkil edib). Kənd təsərrüfatı sektorunda 1,3%, sənaye sektorunda 1,1%, xidmət sektorunda isə 5,6% artma müşahidə olunur.
  • Ev təsərrüfatların istehlak xərcləri bütün il ərzində 1,1% artsa da, dördüncü rübdə 8,9% azalıb.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər