5 C
Baku
Saturday, December 14, 2024

Manatla kreditlər üzrə orta faiz dərəcəsi artıb

Azərbaycan Mərkəzi Bankı  2019-ci ilin fevral ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Qeyd edək ki, 2019-ci ilin fevral  ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,40%, xarici valyuta ilə 7,89% təşkil edib. Yanvar ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,16 faiz bəndi artıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi  0,17 faiz bəndi azalıb.

Fevral ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,34% xarici valyutada 14,55% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9,31%, xarici valyutada 5,95% təşkil edib.  Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri artıb. Buna səbəb kimi istehlak kreditlərinin sayının artmasıdır.

Mərkəzi Bankın statistikasına əsasən,  fevral ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49 % , xarici valyuta ilə 2,21 % təşkil edib.

Yanvar ayı ilə müqayisədə fevral ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,09 faiz bəndi azalıb, xarici valyutada isə  depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,12 faiz bəndi azalıb.

Fevral ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,95%, xarici valyutada isə 1,26%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 9,96%, xarici valyutada isə 2,66% olub.

 

Son xəbərlər
Digər xəbərlər