17 C
Baku
Thursday, May 2, 2024

Marsa səyahət edəcək ilk şəxs qadın ola bilər

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Marsa  səyahət edəcək ilk adamın bir qadın ola biləcəyini açıqlayıb.

 Bu barədə NASA-nın sədri Cim Braydenştayn məlumat verib.

O, hələlik kimin gedəcəyinin dəqiqləşmədiyini, lakin bununla bağlı gələcək proqramlarda qadınların ilkin planda olacağını bildirib.

Qeyd edək ki, NASA bu ayın sonunda ilk dəfə bir qadının kosmosa səfərini təşkil etməyə hazırlaşır.

©Qafqazinfo

 
Son xəbərlər
 ⁠
Digər xəbərlər