Banker.az xəbər verir ki, 2014-cü ilin yanvar-fevral aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 5,6 milyard manat təşkil etmişdir. Hər nəfərə düşən həcmi 601,8 manat olmuş və 2,8 % artmışdır.
Bütün icbari və könüllü haqqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 4,1 % çox vəsait qalmışdır.