9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda deputat ofşor zonalarda bank və maliyyə şirkətlərin yaradılmasını təklif etdi

“Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır”

Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür:

“Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu onların iqtisadi inkişafına mane olmur”.

F.Ağamalı, həmçinin elm sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

Azvision

Son xəbərlər
Digər xəbərlər