Günlərin bir günü bir insan çox hörmət və rəğbət bəslədiyi müəllimi ilə məsləhətləşmək üçün onu ziyarət edir.
– Müəllim, sən ticarətdə etika və mənəviyyət haqqında nə deyə bilərsən?
– Sən hər hansısa müəyyən vəziyyəti nəzərdə tutursan, yoxsa ümumiyyətlə etikadan danışmaq istəyirsən?
– Mən bilmək istərdim ki, sizcə, məsələn, siqaret, alkoqol içkilər və silah ticarəti ilə məşğul olmaq yaxşıdır?
– Yaxşı ticarət etmək yaxşıdır, pis ticarət etmək isə pisdir, – deyə müəllim cavab verir.
Həmin şəxs müəlliminin cavabını başa düşmür və belə bir sual verir:
– Siz məhz nəyi nəzərdə tutursunuz?
Müəllim:
– Məsələn, alkoqol içkiləri ilə yaxşı ticarət etmək, dərmanlarla pis ticarət etməkdən yaxşıdır.