Bu ilin yanvar ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına 13,18 milyard dollar investisiya qoyub.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 36 milyon dollar azdır.
Yanvardakı investisiya qoyuluşunun 6,322 milyard dolları uzunmüddətli, 6,858 milyard dolları isə qısamüddətli istiqrazlara yönəlib.
Ümumilikdə isə, 2018-ci ildə Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları əhəmiyyətli dərəcədə azaldıb.
Hazırda sözügedən qiymətli kağızlara ən böyük yatırım Çinə məxsusdur. Bu ölkə iqtisadi rəqibinə 1,127 trilyon dollar borc verib. Növbəti yerlərdə 1,07 trilyon dollarlıq göstərici ilə Yaponiya və 305,1 milyard dollarlıq göstərici ilə Braliziya qərarlaşıb.
©Report