14 C
Baku
Sunday, May 19, 2024

“Skype” messencerində 50 nəfərdən ibarət qrup zəngləri əlçatan olacaq

“Microsoft” korporasiyası messencerdə konfrans iştirakçılarının sayını 2 dəfə  artırmağı planlaşdırır.

İndi “Skype” messencerində videokonfranslarda 25 istifadəçi ünsiyyət saxlaya bilər. Tərtibatçılar artıq messencerin yeni versiyasını sınaqdan keçirirlər. Müqayisə üçün, “FaceTime” proqramının sonuncu yeniləməsində 32 nəfər eyni anda ünsiyyət qura bilər.
 
50 nəfərdən ibarət qrup zəngi fərdi zəngdən bir qədər fərqlidir. Konfrans iştirakçılarına ümumi söhbətə qoşulmaq təklifindən ibarət bildiriş (zəngsiz və melodiyasız) göndəriləcək. Bundan başqa bütün dəvət edilmiş istifadəçilər videozəngə yalnız əvvəldə deyil, istənilən vaxt qoşula bilər.
 
Bu funksiya artıq “Skype” proqramının beta-versiyasında əlçatandır.

©ICTnews

Son xəbərlər
 ⁠
Digər xəbərlər