16 C
Baku
Tuesday, April 30, 2024

İqtisadiyyatın ən çox kapital yönəldilmiş sahəsində 29 % azalma müşahidə olunub

2019-cu ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,5 faizi sənaye, 18,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,0 faizi tikinti, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 2,4 faiz olmaqla dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 1,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

 2019-cu ilin yanvar-fevral ayları üzrə iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin cəmi dəyəri 1711,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bütün sahələr üzrə kapitala yönəldilmiş vəsaitlərin cəmi dəyəri 1824,7 milyon manat olub. Belə ki, 2018-ci ilin analoji dövrüylə müqayisədə bu il kapitala yönəldilmiş vəsaitlərin cəmi dəyəri 6,2 % azalıb.

Onu da qeyd edək ki, 2019-cu ilin yanvar-fevral aylarında iqtisadiyyat sahələrində ən çox artım 696 milyon manat olmaqla Mədənçıxarma sənayesində müşahidə olunur. 2018-ci ilin yanvar-fevral aylarında  isə bu göstərici 983,5 milyon manat olub. Ötən ilin müvafiq dövrüylə müqayisədə aydın olur ki, bu il Mədənçıxarma sənayesində əsas  kapitala yönəldilmiş vəsaitin dəyəri 29 % azalıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər