9 C
Baku
Friday, December 13, 2024

Samsung şirkətinin gəlirləri demək olar ki, üç dəfə aşağı düşüb

Bunun əsas səbəbi isə iPhone smartfonlarına tələbatın aşağı olması olmuşdur.

Banker.az bu barədə bildirir ki, Samsung, mütəmadi olaraq, növbəti rüb üçün fəaliyyətinin nəticələrinə dair proqnozlar verir və gözlənilən gəlir və mənfəəti qeyd edir.

Bu həftə, cari təqvim ilin birinci rübündə şirkətin maliyyə göstəriciləri ilə bağlı proqnoz dərc edilmişdir. Samsung Galaxy S10 qabaqcıl smartfonlarının uğurlu buraxılışına baxmayaraq, şirkət smartfon ekranlarına olan tələbatın azaldılması və DRAM yaddaş modullarının qiymətinin düşməsi ilə əlaqədar gəlirin və mənfəətin əhəmiyyətli dərəcədə azalmasını proqnozlaşdırır. Bir neçə ay ərzində RAM qiymətlərinin azalması təxminən 20% olmuşdur.

Samsung-un OLED panellərinə olan tələbat smartfon sənayesində çox yüksək olsa da, şirkət iPhone smartfonlarına olan tələbatın azalması səbəbiylə zərər görmüşdür. Apple tələbin azalmasına dərhal cavab verib.

Nəticədə birinci rübdə satışların həcmi 47,5 milyard dollar (ötən il bu rəqəm 53,5 milyard dollar olub), gəlirin isə 6,4 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər