14 C
Baku
Monday, May 6, 2024

Rusiya bankları CİPS sisteminə qoşulub

Rusiyanın bəzi bankları bu ölkə ilə Çin arasındakı qarşılıqlı hesablaşmaları daha da asanlaşdırmaq üçün CİPS (China İnternational Payment System) sisteminə qoşulub.

Bu barədə Rusiyanın Mərkəzi Bankının idarə rəisi Vladimir Şapovalov VIII Rusiya – Çin Beynəlxalq Forumunda bildirib.

Rusiya Mərkəzi Bankı nümayəndəsi həmçinin Maliyyə Məlumatları Ötürmə Sistemi yaradaraq sistemi bütün dünyada, o cümlədən Çində təqdim etdiklərini də xatırladıb.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı tərəfindən adıçəkilən sistem bu ölkənin banklarının beynəlxalq SWIFT sistemindən kənarlaşdırılması ehtimalını nəzərə alaraq yaradılmışdı.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər