“Bakı Sığorta “nın 2018-ci ildə cəmi gəlirləri 2,11 mln manat, cəmi xərcləri isə cəmi xərcləri isə 1,69 mln manat təşkil edib.
Banker.az bu barədə sığorta şirkətinin 2018-ci il üzrə olan maliyyə hesabatına istinad edir.
Bakı Sığorta” ASC 2018-ci ildə 334 min 421 manat xalis mənfəət əldə edib. Şirkət 2017-ci ili 262 min 498 min manat xalis mənfəət ilə yekun vurmuşdu. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə bu sığorta şirkətinin xalis mənfəəti 71 min 923 manat və ya 27,4% artıb.
Onu da qeyd edək ki. 2018-ci ildə “Bakı Sığorta”nın cəmi öhdəlikləri 28,5%azalaraq 1,276 mln. manata düşüb, cəmi kapitalı isə 3,7% artaraq 9,278 mln. manat olub.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin əsas səhmdarı “Bank Respublika” ASC-dir.