7 C
Baku
Thursday, December 12, 2024

Milli Məclis Palataya AMB-nin bu səlahiyyətni verməkdən imtina etdi

Milli Məclis bu quruma səlahiyyət verməkdən imtina etdi – ÖZƏL
“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) sabah, martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.

MM-dən əldə edilən məlumata görə, buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.

Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər