7 C
Baku
Thursday, December 12, 2024

Palatanın problemli kreditlərlə bağlı yeni xidmətində daha nələr göstərilir?

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portal hazırlayıb.

Fiziki şəxslər pk.fimsa.az ünvanında yerləşən bu portala daxil olaraq ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala biləcəklər.

Belə ki, portal vətəndaşlara hesablanmış kompensasiyanın məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.

https://pk.fimsa.az/az/kompensasiya

Son xəbərlər
Digər xəbərlər