“Hakimiyyətdə islahatları sabotaj etmək istəyənlər də var”
Ölkə rəhbərliyi Azərbaycanda sosial yönümlü islahatların davam edəcəyi və bu islahatların bir çox sahələri əhatə edəcəyini bəyan edib. Bu proseslərin ölkənin siyasi və iqtisadi gələcəyinə təsiri və mümkün perspektivlərlə bağlı Bizimyol.info saytının suallarını Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, sabiq icra başçısı Osman Gündüz cavablandırır.
– Osman bəy, ölkə rəhbərliyi Azərbaycanda islahatlarlın aparıldığını və bunun bir çox sahələri əhatə edəcəyini bəyan edib. Sizcə, hansı sahədə islahatlar vacibdir?
– Prezident çıxışında bir neçə sahənin adını çəkmişdi ki, məhkəmə, təhsil, səhiyyə və s. sahədə islahatlar olacaq. İslahatlar bütün sahələrdə davam etməlidir. İdarəetmənin təkmilləşdirilməsi, optimallaşdırma, büdcə vəsaitlərinni daha effektiv istifadəsində daha təsirli tədbirlər görmək doğru olardı. Xüsusilə paralelçiliyin aradan qaldırılması vacibdir. Prezident də çıxışında qeyd etmişdi ki, eyni vəzifəni icra edən qurumlar var.
Proiritet məsələlərdən biri də icra ilə bağlıdır. Yəni qərar var, qanun var, amma icra yetərli deyil. İcra intizamı deyilən bir şey var. Hansısa qəbul olunmuş qərarın, qanunun, fərmanın, sərəncamın icra intizamı qənaətbəxş deyil. İcra intizamının gücləndirilməsinə, nəzarətin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Sovet dövründə müxtəlif nəzarətedici qurumlar vardı. İdi isə sərəncam və fərmanlar verilir, ancaq icra edilib-edilməməsinə nəzarət edilmir.
– Məhkəmə-hüquq sahəsində hansı islahatlar aparılmalı, məhkəmələrin şəffaflığını təmin etmək üçün hansı addımlar atılmalıdır?
– Mənim sahəmə daha çox yaxın olduğu üçün elektron tərəflərini deyim. Azərbaycan məhkəmə sisteminin elektronlaşmasını, rəqəmsallaşmasını hələlik yetərli hesab etmək olmaz. Hətta məhkəmə ən az rəqəmsallaşan sahələrdən biridir. Son dövrlərə qədər ən zəif rəqəmsallaşan kənd təsərrüfatı sahəsi idi, indi orda da sürətlənib. Hesab edirəm ki, məhkəmə sistemi sürətlə rəqəmsallaşmalıdır. Həm məhkəmə iştirakçılarının məlumatlandırılması, qərarların əldə edilməsi eletronladırılmalıdır. Həmçinin məhkəmə hakimləri arasında işə baxılma ilə bağlı bölgü random yolu ilə olmalıdır. Random eletron sistemdir və təsadüfi üsulla seçim edir. Buna zərurət yaradan odir ki, bəzən üst hakimlər öz mövqelərindən istifadə edərək, daha daha asan, baş ağrıtmayan və daha cəlbedici işlərə meyl edirlər. Problemli işlər isə digər hakimlərin üzərində qalır. Bu işlərin bölgüsü, şəffaflıq, idarəetmə ilə bağlı məsələlərədə elektronlaşmaya getmək lazımdır. Bu, məhkəmə islahatlarına xeyli fayda verə bilər.
– Parlamentli respublikaya keçid, prorporsional seçki sisteminin bərpası ilə bağlı da təkliflər var. Hansı siyasi islahatların aparılması gözləniləndir?
– Son dövrlərdə hiss olunur ki, prezident tərəfindən aparılan islahatlara gözlənilən, amma əldə oluna bilməyən dəstək parlament tərəfindəndir. İcra orqanı – prezident hansısa mesajlar verir, amma səhəri gün qəzetdə, saytda oxuyuruq ki, hansısa deputat nəsə edib, Milli Məclis hansısa absurd qanun qəbul edib. Sanki başqa tərəflərə çəkirlər. İndiki halda həyata keçiriləcək adddım ondan ibarət ola bilər ki, növbədənkənar parlament seçkilərinin keçirilsin. Bu, aparılan islahatlara böyük dəstək ola bilər. Deputatların birinin 5 səhifəlik müsahibəsini oxuyursan ki, danışdığında deputatın görə biləcəyi işlə bağlı bir cümlə də yoxdur. Ancaq biznesdən danışırlar. Deputatların 80 fazindən çoxu biznesmenlərdir. Onlar böyük biznesləri idarə edir, bunu da müsahibələrində açıq-aşkar söyləyirlər. Belə olmaz. Ona görə də parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi doğru olardı.
– Hesab edirisniz ki, islahatların hakimiyyətin hazırkı komandası ilə aparılması mümkündür, yoxsa, əlavə kadr islahatlarına da ehtiyac var?
– Hakimiyyətdə təfəkkürlü, faydalı xeyli kadrlar var. Bunu danmaq olmaz. Amma xeyli köhnəlmiş insanlar da var. Baxırsan ki, prezident nəhəng islahatlar üçün fərman-sərəncamlar verir, bəziləri başqa işlərlə məşğuldir. Bu da qərara təsir edən amillərdir. Yəni komanda yekcins deyil. Sanki reformatorlar da, mühafizəkarlar da var. İslahatları dartıb saxlamaq istəyənlər var. Hətta istisna etmirəm ki, sabotajçılar var. Bunlar gündəlik həyatımızda görünənlərdir. Hesab edirəm ki, islahatları və dövlətin qollarını gücləndirmək üçün mütərəqqi, islahatçı təfəkkürlü, təcrübəli kadrların da prosesə cəlb olunması doğru olardı.
– Sosial yönümlü islahatlar çərçivəsində, maaş, pensiya, müavinətlər və s. ödənişlərin müəyyən artımı oldu. İqtisadi cəhətdən hansı islahatlara ehtiyac var?
– İlk növbədə Rəqbət Məcəlləsi qəbul edilməlidir. 5-10 ildir bu məcəllənin qəbulu uzanır və belə də gedəcək. Çünki bunu qəbul edəsi adamlar Milli Məclisdə oturanlardır, onların da 80 faizi bizneslə məşğul olduqlarına görə, özlərinin biznes maraqları var. Biznes maraqları olan insanlar rəqbətli mühitin formalaşması üçün lazım olan qanuna səs verəcəkmi? Xeyr, heç vaxt verməyəcəklər. Çünki rəqabət olsa, onların biznesi batacaq. Ona görə də iqtisadi sahədə islahatlar üçün ilk növbədə liberallaşma, rəqabətli mühit lazımdır. Bunun üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir. Yəni burada elə məsələlər var ki, prezidentin verdiyi fərmanlar, sərəncamlar yetərli deyil. Daha fundamental addımlar atılmalı, məcəllə ilə, qanunlarla tənzimlənməli, ardınca fərman və sərəncamlar verilməlidir. Ona görə də parlanmentdə gecə-gündüz işləyən, ətrafında 10-15 köməkçisi olan, hətta maaşı 10-15 min manat olan yeni deputatlar olmalıdır. O gün baxıram ki, deputatların əmkhaqları artırılıb. Bu, düzgün qərar deyil, biznesmen-deputatın maaşı niyə 5000 manat olmalıdır. Normal deputat üçün 5-10 min manat azdır, amma bunlar qanuvercilik yaradıcılığı ilə yox, başqa işlərlə məşğuldur. Biznesmenə bu maaşı verməyə nə ehtiyac vardı? Ona görə də gözləmək lazım idi ki, yeni parlament formalaşsın və onların əməkhaqqını 5-10 dəfə artırmaq, köməkçilər təyin etmək doğru olardı.
– Deputat Qüdrət Həsənquliyev müsahibəsində bildirib ki, hakimiyyət komandası, islahatlar naminə daha geniş ictimai dəstəyə nail olmalı, xalq hərəkatının iştirakçısı olmuş təcrübəli və bacarıqlı kadrlarla gücləndirilməlidir. Sizə belə bir təklif edilərsə, reaksiyanınz necə olar?
– Maraqlı sualdır, düzünü deyim ki, belə bir təklif gözləmirəm. Amma biz aparılan islahatlara dəstək verməyə hazırıq. Dəstək də verirk, Prezidentin apardığı islahatlar, verdiyi sərəncamlarla bağlı mən hər gün vuruşuram. Öz yazılarım, çıxışlarım, müsahibələrimlə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq var qüvvəmlə çalışıram. Mən bir neçə ictimai quruma rəhbərlik edirəm, ASAN-da ictimai şuranın rəhbəriyəm, ekspert kimi də islahatlara dəstək verirəm.
Düşünürəm ki, Qüdrət bəyin də aşıqlaması məntiqlidir. Elə bir dövrdür ki, siyasi statusundan asılı olmayaraq, kimsə bu islahatlara fayda verə biləcəksə, təcrübəsi varsa, ondan bəhrələnmək lazımdır. Bu yanaşmanı təqdir edirəm. Hətta təklif edərdim ki, bu tip adamlardan, ictimai yükü olan insanlardan ibarət prezident yanında bir ictimai palata formalaşdırılsın. Bu da həm ictimai nəzarət məsələlərində, həm də informasiyalı mühit, ictimai rəyin öyrənilməsi aparılan islahatlara dəstəkdə böyük rol oynaya bilər.