10 C
Baku
Wednesday, December 11, 2024

Sığortanın geniş tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir

Azərbaycanda sığorta işinin geniş şəkildə tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Yəni vətəndaşlar əmlaklarını sığorta etsinlər. Bilirsiniz ki, bir neçə gün öncə ticarət mərkəzinin yanması nəticəsində xeyli sahibkara ziyan dəydi. Dövlət onlara dəyən ziyanı öz üzərinə götürdü. Bu, Prezidentin humanist addım idi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Naxçıvanda bir ev, obyekt belə, sığortadan kənarda deyil: “Düşünürəm ki, bunu ölkə üzrə genişləndirmək lazımdır”.

O, müxalif qüvvələrini tənqid edib. S.Novruzov deyib ki, həmin qüvvələr ölkədə həyata keçirilən islahatları öz adlarına çıxırlar: “Qibləsini tanımayan Əli Kərimli ilə Sevinc Osmanqızı səhv məlumat yayaraq vətəndaşları çaşdırırlar. Onların qibləsi Qərbdir. Müxalif qüvvələr deyir ki, təşkil etdiyimiz mitinqə gəlin, uşaq pulu bərpa ediləcək. Azərbaycan dövləti, Prezidenti xalqın yanındadır. Deyirlər ki, niyə Prezident yanğın baş verən ərazidə görüş keçirməyib. Bu məsələ ilə bağlı aidiyyatı qurumlar məşğul olur”.

©Report

Son xəbərlər
Digər xəbərlər