10 C
Baku
Friday, December 13, 2024

Avropa Parlamenti maliyyə polisinin yaradılmasını tələb edir

Avropa Parlamentinin vergi qalmaqallarına görə maliyyə cinayətlərini araşdırmaq üçün təşkil etdiyi xüsusi komissiyanın hesabatı Strasburqdakı ümumi iclasda səsə qoyulub. Maliyyə cinayətlərinə qarşı mübarizə tədbirlərinin və tövsiyələrin yer aldığı hesabatı parlament üzvləri qəbul edib: sənədin lehinə 505, əleyhinə 63 səs verilib.

Hesabata əsasən, maliyyə cinayətlərinin araşdırılması üçün ayrıca bir Avropa polis orqanının yaradılmasına ehtiyac var. Çirkli pulların yuyulmasına qarşı mübarizə aparacaq bir audit qurumunun yaradılmasının da tələb olunduğu hesabatda vergi sahəsi üzrə Birləşmiş Millətlər Təşkilatı miqyasında qlobal bir qurum yaradılmasına ehtiyac olduğu göstərilib. Avropa İttifaqı üzvü olan ölkələrin vergi qaçaqçılığı və maliyyə cinayətləri ilə bağlı normativ-hüquqi aktlara kifayət qədər əhəmiyyət vermədikləri vurğulanan hesabatda Belçika, Cənubi Kipr, Macarıstan, İrlandiya, Hollandiya, Lüksemburq və Malta kimi ölkələrin “vergi cənnəti” xüsusiyyətinə malik olduqları qeyd edilib. Hesabatda bir sıra ölkələrin sərmayə əvəzinə vətəndaşlıq hüququ verən “qızıl viza” proqramına son qoyulmasının vacibliyinə də toxunulub.

Son xəbərlər
Digər xəbərlər