7 C
Baku
Sunday, December 15, 2024

Milli Depozit Mərkəzinin rəhbərliyinə yeni təyinatlar olub

28 mart 2019-cu il tarixində Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının(MŞ) növbəti iclası keçirilib.

Banker.az-ın Milli Depozit Mərkəzinə istinadən xəbərinə görə, iclasın gündəliyində duran əsas məsələ MŞ-nın tərkibində dəyişikliklərin edilməsi olub. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Kalayev Tələt Əli oğlu MŞ-nın üzvü, Əmanətlərin Sığortalanması Fondunun Maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu MŞ-nın müstəqil üzvü seçilib.

Qeyd edək ki, MDM-in MŞ-sı beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, MDM-in üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.

Son xəbərlər
Digər xəbərlər