2018-ci ildə Azərbaycandan $3 mlrd. 156,2 mln. məbləğində kapital çıxarılıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etidiy tədiyə balansına dair məlumatda qeyd olunur.
“2018-ci ildə Azərbaycandan $3 mlrd. 156,2 mln. məbləğində kapital çıxarılıb. 2017-ci ildə bu göstərici $2 mlrd. 820,5 mln. təşkil edib”, – deyə məlumatda bildirilir.
Beləliklə, 2018-ci ildə Azərbaycandan kapitalın çıxarılma həcmi 11,9% artıb.
Bununla belə, ötən ilin I rübündə ölkədən $603,4 mln., II rübdə $1 mlrd. 109,6 mln., III rübdə $390,5 mln., IV rübdə $1 mlrd. 52,7 mln. məbləğində kapital çıxarılıb (cəlb olunmuş investisyaların repartrasiyası).
2018-ci ildə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $488,2 mln. məbləğində faiz ödənişi həyata keçiriblər.