“Qala Həyat Sığorta” ASC-nin cəmi gəlirləri 2018-ci il ərzində 20% azalaraq 23,23 mln. manat (2017-ci ildə 29,92 mln. manat) təşkil edib. Bu sığorta şirkətinin son 3 ildə ən aşağı gösətricisidir.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2018-ci il üzrə maliyyə hesabatında deyilir.
Hesabat dövrü ərzində cəmi gəlirlərinin azalmasının əsas əsbəbkarı birbaşa sığorta üzrə sığorta haqlarının ötən 2017-ci ildə 20 mln. manat təşkil etdiyi halda 2018-ci il ərzində 16 mln. manata düşməsidir.
“Qala Həyat”ın cəmi gəlirlərindəki 2016-cı ildəki 40 mln. manatdan sonra hələki eniş müşahidə edilir.
Sığorta şirkətinin zərərdən xilas olmasına əsas səbəb kimi bu il xərclərinin bir qədər azalmasıdır. Belə ki, sığorta şirkətinin xərcləri 2017-ci il ilə müqayisədə 34% az olmasıdır.
Məlumat üçün bildirək ki, sığorta şirkətinin xalis mənfəəti 1,69 mln. manat təşkil edib.
Xatırladaq ki, “Qala Sığorta” ASC-nin nizamnamə kapitalı 12,87 mln. manat olmaqla səhmlərinə iki hüquqi şəxs -“Azre” Təkrarsığorta Şirkəti (91,11%) və Quna şirkəti (9,89%) sahibdir.


!["Qala Həyat" sığorta şirkətinin gəlirlərində eniş başlayıb [infoqrafik] 1 rü3r2re23](https://banker.az/wp-content/uploads/2019/04/rü3r2re23.png)




