8 C
Baku
Friday, December 13, 2024

Daşınmaz əmlak üzrə sığorta müqavilələri 3,3 dəfə artdı

Mart ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24,9 mindən çox sığorta müqaviləsi bağlanmışdır.

Banker.az İSB-a istinadən xəbər verir ki, 2014-cü ilin mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə 24,562, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 339, sərnişinlərin fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,536,121 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 25,320 manat, sərnişinlərin fərdi qəza sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 222 manat təşkil etmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3,3 dəfə artım, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 1,5 dəfə artım müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin 90,8%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 9%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur.

Capture

Son xəbərlər
Digər xəbərlər