2 C
Baku
Saturday, December 14, 2024

Banklar kollektor kimi deyil, öz təbii formatına qayıdacaqlar – “Bank of Baku” rəhbəri

“Bank of Baku” ASC-nin İdarə Heyəti sədri Eldar Həmidov Prezident İlham Əliyevin cari ilin fevralında problemli kreditlərlə bağlı fərmanını ölkə üçün “inqilabı fərman” adlandırıb.

Banker.az xəbər verir ki, E. Həmidovun “ARB24”ə müsahibəsində bildirib. O, bir çox şəxslərin “dollar krediti” ilə bağlı çəkdiyi əziyyətə bitməsinə səbəb olub.

“Nəinki dollar krediti, həmçinin manat kreditləri də yaddan çıxmadı və həmin müddətdə gecikən, makroiqtisadi şokdan əziyyət çəkən şəxslər biznesin və fiziki şəxslərin krediti də restrukturisasi olunacaq”, – deyə bank sədri deyir.

Bank sədri həmçinin bu fərmanın müsbət təsiri olaraq bank sektorunun sağlamlaşdırılması, kredit portfelinin gecikmə əmsalının azalmasına, kapitalizasiyanın təmin olmasına köməklik edəcəyini bildirir: “Təbii ki, artıq banklar kollektor kimi funksiyası deyil, daha çox  özlərinin təbii fəaliyyətinə qayıdacaqlar.”

Son xəbərlər
Digər xəbərlər