21 C
Baku
Thursday, October 3, 2024

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilib

“Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalanıb.

Banker.az xəbər verir ki, bu fərmanı Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzalayıb.

Fərmana görə, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.  Həmin Qanunun 1.1-ci, 2.1-ci və 3.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

Qyed edək ki, bu fərman 2019-cu il martın 1-dən qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər