Mayın 23-də “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan üzrə illik sammit keçirəcək. Bu barədə “Moody`s”dən məlumat verilib.
“Mayın 23-də Azərbaycan üzrə illik sammit keçiriləcək. Sammitdə islahatların həyata keçirilməsində irəliləyiş, ölkənin kredit reytinqinə təsir edən əsas amillər və digər məqamlar təhlil olunacaq”, – deyə məlumatda bildirilir.
Bütövlükdə, müzakirələr üç istiqamətdə aparılacaq: Azərbaycanın suveren reytinqi və neftin qiyməti; bank sektorunda vəziyyət; neft sektorunun icmalı.
“Moody`s Investors Service”in Azərbaycan üzrə uzunmüddətli kredit reytinqi “Ва2” səviyyəsində təsdiq edilib, proqnoz “stabil”dir.
©İnterfaks-Azərbaycan