Çində avtomobillər üçün nəzərdə tutulmuş şaquli parkinq sınaqdan keçirilir. Maşınların şaquli olaraq yerləşdirilməsini YouTube sosial şəbəkəsində izləyə bilərsiniz.
Layihənin müəlliflərinə görə, bu, parkinq yerlərinin sayını təxminən 70% artırır.
Avtodayanacaqda avtomobil xüsusi bir platformaya yüklənir və avtomobil ilə birgə parkinq yerinə daxil olur. Daha sonra avtomobilin dayandığı platforma, təxminən 30 dərəcə geri əyilir.
Chongqing Chaoli High-Tech Co. şirkətinin nümayəndəsi bununla bağlı qeyd edir: “Əgər avtomobili geri götürmək istəyirsinizsə birinci növbədə parkinqə daxil olursunuz, daha sonra parklama yerinə yaxınlaşırsınız və avtomobilinizə qovuşursunuz”.
Yenilik parkinq yerlərinin sayını 24-dən 40-a qədər artıracaq.