23 C
Baku
Friday, September 20, 2024

‘Instagram’ şəbəkəsi ‘Windows’la olan telefonlarla vidalaşır

Əgər siz “Windows 10 Mobile” ilə işləyən qurğular vasitəsilə Instagram sosial şəbəkəsinə daxil olursunuzsa, onda müvafiq proqramı açdıqda  aşağıdakı məzmunda bir mesaj görəcəksiniz:

“Starting April 30, the Instagram for Windows Phone app will no longer be available. You’ll still be able to log into Instagram using mobile browser

Bəli, aprelin 30-dan etibarən Instagram proqramı Windows Phone cihazlarını daha dəstəkləmiyəcək. Tərtibatçılar əlavə edirlər ki, bu cihazların istifadəçiləri öz hesablarına brauzer vasitəsilə daxil olmağa davam edə bilərlər.

Bir tərəfdən, masaüstündə brauzerinizdə açılacaq səhifəyə keçid yerləşdirərək Instagram-dan istifadə etməyə davam edə bilərsiniz. Lakin bu dəyişiklikləri qabaqcadan aşkar etmiş Reddit istifadəçiləri, sizə sosial şəbəkəyə girməyə kömək edə biləcək Winsta və 6Tag kimi proqramları təklif edirlər.

Son xəbərlər
Digər xəbərlər