14 C
Baku
Friday, November 15, 2024

“Gələn həftə Milli Məclisdəki müzakirələr istehlak kreditlərinin həcminin azalmasına səbəb ola bilər”

“Gələn həftə Milli Məclisdə istehlak kreditləri ilə bağlı məsələnin müzakirə olunması gözlənilir”. 

Bunu “Fich” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında “Ekspress Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Vahabov deyib.

O.Vahaboun sözlərinə görə, bu müzakirələr istehlak kreditlərinin həcminin azalmasına səbəb ola bilər:

“Düşünürəm ki, bu müzakirələr istehlak kreditlərinin həcminin azalmasına səbəb olacaq”.

Qeyd edək ki, ötən il Azərbaycanda istehlak kreditlərinin həcmi 5 319 600 min manat olub ki, bu da ümumi kredit portfelində çəkisi 40,9% təşkil edir.

©Report

Son xəbərlər
Digər xəbərlər