2 C
Baku
Saturday, December 14, 2024

Nazir: Bakı və Brüssel yeni tərəfdaşlıq sazişi üzrə məsələlərin 90%-ni razılaşdırıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakı ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların yaxın zamanda yekunlaşması perspektivlərini nikbin qiymətləndirir.

“İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq”, – E.Məmmədyarov cümə axşamı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda tərəflər danışıqların bütün 3 hissələri üzrə sinxronlaşdırmağa müvəffəq olublar. “Belə ki, artıq 90%-i razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var”, – deyə nazir əlavə edib ki, son vaxtlar trəflər bir sıra dəyirmi masalar və video-konfranslar keçiriblər və qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışacaqlar.

“Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir”, – E.Məmmədyarov vurğulayıb.

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər