15 C
Baku
Saturday, October 19, 2024

“Buta Airways”in uçuş coğrafiyasını genişlənir

Bu il ərzində “Buta Airways” şirkəti bir sıra istiqamət üzrə aviareyslər açacaq. Bu barədə aviaşirkətdən bildirilib.

Şirkətdən qeyd olunub ki, cari ilin mayın 3-də “Buta Airways” Ukraynanın Xarkov şəhərinə birbaşa uçuşlara başlayacaq: “Uçuşlar hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Mayın 16-dan etibarən isə həftədə iki dəfə – cümə axşamı və bazar günləri Ukraynanın Odessa şəhərinə birbaşa uçuşlar təşkil olunacaq”.

Bundan başqa, mayın 16-da Rusiyanın Həştərxan şəhərinə də birbaşa aviareys açılacaq ki, sözügedən marşrut üzrə uçuşlar həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
“Daha bir yeni istiqamət üzrə uçuşlar iyunun 14-dən etibarən Gürcüstanın Batumi şəhərinə yerinə yetiriləcək. Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək”, – deyə “Buta Airways”dən bildirilib.

ONA

Son xəbərlər
Digər xəbərlər