“Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara kompensasiya “Kapital Bank” ASC ilə yanaşı “Turan Bank” ASC vasitəsilə də ödəniləcək.
Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Onun sözlərinə görə, banklar bu ödənişləri həyata keçirərkən iş adamlarından xidmət haqqı tutmayacaqlar.
©Renkinq