Azərbaycan Respublikası ərazisində cari ilin 2-ci ayında nağdsız ödənişlərin əməliyyat sayı və həcmi azalıb.
Banker.az-ın xəbərinə görə, bu barədə AMB-nin 1 mart 2019-cu il tarixinə olan hesabatlnda deyilir.
Hesabat dövrü ərzində ATM-lərlə əməliyyatların (pulçıxarma) ümumilikdə ay ərzində 484 min ədəd artaraq 5 mln. 558 min ədəd təşkil edib.Əməliyyatların sayı artmaqla yanaşı həcmi də artaraq ilin ikinci ayı ərzində 1 mlrd. 112 mln. manat təşkil edib.
Nağdsız əməliyyatların isə sayı və həcmi həm ATM, həm də POS terminallarla azalıb. Belə ki, ATM-lərlə nağdsız əməliyyatların sayı yanvarda 117 min ədədə olduğu halda 88 min ədəd olub.
Nağdsız əməliyyatlarla POS terminalların həcmi yanvarlaq müqayisədə fevralda 23% azalaraq 1 mlrd. 417 mln. manata düşüb.
Qeyd edək ki, fevralda ümumilikdə 93 mln. manatlıq cəmi nağdsız əməliyyat keçirilib.