12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ ticarət müharibəsində yeni hücum hazırlayır

ABŞ ticarət müharibəsində yeni bir hücum hazırlayır. Bu dəfə hücumun səbəbi, ÜTT-nin Brüsselin Airbus konserninə subsidiyalar ayırmasını təsdiq etməsi olmuşdur. Belə ki, bu, Amerika istehsalçılarına zərər verir.

Vaşinqton Avropadan gələn məhsullara yeni vergi rüsumlarını tətbiq etməyi planlayır. Bu tədbirlərdən qaçmaq üçün Brüssel hava konsernin yardımından imtina etməli olacaqdır. İlk öncə söhbət Airbus təyyarələri və onların komponentləri də daxil olmaqla, AB-dən olan mülki vertolyotlar və təyyarələrdən gedir. Eyni zamanda bu siyahıya zeytun yağı, pendir, eləcə də xalçalar və bir çox digər məhsullar daxildir.

Qeyd etmək lazımdır ki, yeni vergi tutmaları yalnız Fransa, Almaniya, İspaniya və Böyük Britaniyanın məhsullarına şamil olunur.

“Bizim əsas məqsədimiz, bu məsələ ilə bağlı AB ilə razılığa gəlməkdir. AB bu subsidiyaları dayandırdıqda, ABŞ-ın tətbiq etdiyi yeni vergi tutmaları ləğv edilə bilər”, –  ABŞ-ın ticarət nümayəndəsi olan Robert Lightheiser-in bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, əlavə rüsumların tətbiqi ABŞ-ın 11 milyard dollarlıq illik zərərin əvəzini ödəmək məqsədini daşıyır. Bu subsidiyaların ABŞ-a mənfi təsiri ÜTT-nin nəticələri ilə təsdiqlənir.

Xatırladaq ki, ABŞ və Avropa arasında ticarət müharibəsinin elementləri hələ keçən il, 2018-ci ilin mart ayında ortaya çıxmağa başlayıb.

Bütün bunlara baxmayaraq, ABŞ öz diqqətini daha çox Avropa qitəsi üzərində deyil, Çin üzərində cəmləşdirib. Ötən il ölkələr qarşılıqlı olaraq bir-birinə qarşı yeni vergi tutmalarını tətbiq etmişlər. Bütün təhdidlərə baxmayaraq, tərəflər bu məsələ ilə bağlı razılığa gələ biliblər. Danışıqlar hələ də davam edir.

Çin – Meksika, Kanada və ya Avropa deyil. Bu, dünyanın ən böyük ölkələrindən biri və ABŞ-ın rəqibidir.

Son xəbərlər
Digər xəbərlər