Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Michael Harms, OWC-ə verdiyi müsahibədə, ABŞ-ın Avropa şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu bildirib. Qeyd edək ki, adıgedən sanksiyalar Rusiya ilə biznes münasibətlərinə malik olan Avropa şirkətlərinə aiddir.
Onun sözlərinə görə, ABŞ-ın sanksiyalarının dəqiq siyasi məqsədi yoxdur və onlar sadəcə ölkənin Avropadakı iqtisadi maraqlarını müdafiə edirlər.
“Biz hesab edirik ki, Vaşinqtonun Rusiya ilə əməkdaşlıq edən Avropa şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüququ pozur. 2018-ci ilin aprel ayından qüvvəyə minmiş sanksiyalar hər hansısa siyasi məqsədə malik deyillər. Rusiyanın bu halda nə etməli olduğu məlum deyil”, – deyə Harms vurğulayıb.
Bundan əlavə olaraq Michael Harms, Avropanın ABŞ-ın bu siyasəti qarşısında gücsüz olduğunu qeyd edir. Belə ki, amerikan bazarı Avropa şirkətləri üçün olduqca əhəmiyyətlidir. Hər şeyin səbəbi kimi isə iqtisadiyyatçı ABŞ dollarının və amerikan bazarının hegemonluğunu göstərir.
“Avropa şirkətləri üçün bu böyük bir problemdir, çünki onlar Vaşinqtonun qəbul etdiyi qərarları qiymətləndirməkdə çətinlik çəkirlər. Bu, iş münasibətlərində etimadın azalmasına səbəb olur”, – deyə Michael Harms faktları konstotasiya edib.
Eyni zamanda o qeyd edir ki, Şərq komitəsi Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına yönəldilmiş yeni memorandum hazırlayıb.