1 mart 2014-cü ildə ölkədə kredit qoyuluşları 15153.7 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə çox cuzi yəni, 132 mln manat, 1% artıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşu 3 294 mln manat, 28% artıb.