7 C
Baku
Thursday, December 12, 2024

Total nəzarət: “Google” istifadəçi məlumatlarını ABŞ-ın hüquq-mühafizə orqanlarına ötürür

“Google” şirkəti, istifadəçilərin geolokasiyası haqqında informasiyanı ABŞ-ın hüquq-mühafizə orqanlarına ötürür. Bu kimi addımlardan bir neçə nəfər zərər çəkib. Bu barədə məlumatı 13 aprel tarixində The New York qəzeti yazıb.

Banker.az xəbər verir ki, nəşrdə bildirilib ki, polis müvafiq sorğuları “Google” a göndərir. Nəticədə, hüquq-mühafizə orqanlarının əməkdaşları əldə olunan informasiyanı öz maraqlarına uyğun şəkildə istifadə edirlər. Məqalənin müəllifi qeyd edir ki, artıq bir neçə şəxs smartfonun cinayətin həyata keçirildiyi yerdə aşkar edildiyi səbəbiylə polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, polisin sorğusuna cavab verən “Google”, onlara cihazların yerləşməsi haqqında anonim informasiyanı təqdim etmiş olur. Məhkəmə müvafiq qərar çıxardığı halda, şirkət istifadəçi məlumatlarına dair açıqlama verməli olacaqdır.

Son xəbərlər
Digər xəbərlər