Günlərin bir günü bir insan öz keçmiş müəlliminin yanına gələrək ondan məsləhət almaq istəyir.
– Müəllim, mən işdə daim gərgin vəziyyətdəyəm. Şirkətin müdiri heç vaxt heç kəsə yaxşı söz demir. Onun əhval- ruhiyyəsi, işləri hər zaman pisdir.
– Hətta hər hansısa əməkdaş şirkət üçün həqiqətən də dəyərli bir iş görürsə, və ümumiyyətlə bütün işlər müvəffəqiyyətlə baş tutanda müdir bizim işimizi qiymətləndirərək deyir: “Bəli… lakin…” və bütün digər problemləri sadalamağa başlayır.
– Bəlkə şirkətdə hər şey həqiqətən də bu qədər pisdir?
-Müəllim, bu vəziyyət artıq səkkiz ildir ki, davam edir. Şirkət inkişaf edir, təchizatlar alır, əməkdaşların sayını artırır, gəlirlər artır!
– Onda qısa bir zamanda həmin şirkətdən ayrıl. “Yaxşı” sözünü bilməyən heç zaman özünü yaxşı hiss etməyəcək və işçilərini də tərifləməyəcək.