16 C
Baku
Tuesday, April 30, 2024

“Microsoft” yeni bluetooth-qulaqcıqların üzərində çalışır

“Microsoft” şirkəti, AirPods ilə rəqabətə girmək məqsədilə yeni bluetooth-qulaqcıqlar üzərində çalışır, bu haqda bir neçə mənbəyə istinadən Thurrot texniki saytı xəbər verir.

Qeyd etmək lazımdır ki, ötən il şirkət Surface Headphones qulaqcıqlarını istehsal etmişdir.

Banker.az bildirir ki, AirPods-un rəqibi “Morrison” adına malikdir, bu, “The Doors” qrupunun Jim Morrison adlı ifaçıya istinad da ola bilər. Yeni qulaqcıqların intellektual köməkçi olan Microsoft Cortana ilə inteqrasiya funksiyasına malik olacağı gözlənilir.

Hal-hazırda, Surface Earbuds-ın satışa buraxılacağı tarix məlum deyil.

Müasir dövrdə simsiz qulaqcıqlar yenilik kimi qəbul edilir. Əlbəttə ki, onların bu qədər məşhur olması “Apple” ın istehsal etdiyi AirPods qulaqcıqlarının hesabına olmuşdur. “Samsung” şirkəti analoji Galaxy Buds istehsal edib, “Amazon” isə Alexa qulaqcıqları üzərində çalışır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər