5 C
Baku
Saturday, December 14, 2024

“Turan Bank” da mənfəətlə işləyənlərin sırasına qoşulub

“Turan Bank” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 7,99 mln. manatlıq faiz gəliri əldə edib.

Banker.az bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatına istinad edir.

Hesabat dövrü ərzində əldə etdiyi faiz gəliri öncəki ilin (2018) eyni dövrü ilə müqayisədə bu 10% daha çox olub.

Bankın cəmi faiz xərci ilin ilk rübü ərzində 5,41 mln. manat təşkil edib ki, bu da Bankın xalis faiz gəlirinin 2,58 mln. manat olması deməkdir. Lakin, bu xalis faiz gəliri bankın qeyri-faiz gəliri və qeyri-faiz fərqindəki rəqəmi qarşılaya bilməyib, ilin, ilk rübündə bankın əməliyyat zərəri 444 min manata kimi təşkil etmişdir.

Kommersiya bankının 553 min manatlıq problemli kreditlərinin geri dönüşü hesabına bank ilk rübü 109 min manat xalis mənfəətlə tamamlanmasına səbəb olub.

Hazırda “Turan Bank”ın  balansında illərdir yığılmış zərərin həcmi 2,31 mln. manat təşkil edir. 

874t234823

Son xəbərlər
Digər xəbərlər