-1 C
Baku
Sunday, December 15, 2024

Doğru sandığımız illuziyalar

İlluziya – reallığın təhrif edilmiş şəkildə qavranılmasıdır. Onlar mümkün olmayana inanmağa vadar edir. Bu çox təhlükəlidir, çünki insanlar özünü onunla əhatə edərək inkişafdan geri qalır, öz arsununu reallaşdırmaqdan çəkinir və düşünülməmiş addımlar atırlar.

Aşağıda sizə ən geniş yayılmış illuziyaları təqdim edirik:

1. Mən bunu sonra edəcəm, hələlik isə mənim buna vaxtım yoxdur …

Bu ən məşhur illuziyadır. “Vaxt yoxdur” deyimi mövcud deyil. Vaxt hər zaman var və yalnız siz özünüz onu düzgün bölüşdürə bilərsiniz. Əgər bir şey sizin üçün həqiqətən vacibdirsə, siz ona avtomatik olaraq vaxt tapacaqsınız.

2. Mən öz məqsədimə tez çata bilərəm …

Bir çoxları çatmaq istədikləri məqsədə təyin olunan vaxtdan tez çatmağa cəhd edirlər.

Lakin bu mümkün deyil. Məqsədə doğru gedən yolda bütün mərhələləri sıra ilə keçmək lazımdır. Əgər bu mərhələlərdən hansınısa ötürsəniz, nail olduğunuz məqsəd gözləntilərinizdən aşağı səviyyədə olacaq.

3. Mən idarə edirəm …

Siz öz şəxsi şüurunuzdan başqa heç nəyi idarə etmirsiniz. Həyat istənilən anda sizə gözlənilməz sürprizlər yaşada bilər.

4. Mən xoşbəxt olacam, əgər...

İnsanlar “sabah nə isə yaxşı bir şey olacaq və mən xoşbəxt olacam, problemlərim özlüyündə həll olunacaq” deyə düşündükdə böyük səhv edirlər. Yalnız indiki zamanla xoşbəxt olmaq olar və əgər hal-hazırda buna bir səbəb tapmırsınızsa onda bu səbəbi gələcəkdə də tapmayacaqsınız. Çalışın ətraf mühitə olan münasibətinizi dəyişəsiniz və ola bilsin ki, həyatda xoşbəxtliyi gələcəkdə axtarmamağı öyrənəsiniz.

5. Mən digərlərini dəyişə bilərəm …

Nə vaxtsa digər bir insanı dəyişməyi bacararsınız kimi fikirlərə düşməyin. Siz sadəcə onlara qarşı olan münasibətinizi dəyişə və yaxud onun özünün-özünü dəyişməsinə ilhamlandıra bilərsiniz.

6. Mən bunu o zaman edəcəm ki, …

İşlərinizi sonraya təxirə salmaq üçün bəhanələr axtararaq özünüzü aldatmayın. Əgər sizin həqiqətən vacib işiniz varsa, onu dərhal yerinə yetirin. Əks təqdirdə onu heç vaxt bitirməyə də bilərsiniz.

7. Gücümü topladıqdan sonra məşq edərəm …

Məşq etmək istəyirsinizsə, bunu elə indicə edin. Yox əgər bunu etmək istəmirsinizsə, yalan bəhanələrlə özünüzü aldatmayın.

Son xəbərlər
Digər xəbərlər