1 C
Baku
Saturday, December 14, 2024

Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi

Son günlər sosial şəbəkələrdə 10 manatlıq əskinaslarla bağlı problem yaşayan vətəndaşların paylaşımları yayılır. Şəbəkə istifadəçiləri dükanlarda alış-veriş zamanı yeni 10 manatlıq əskinaslardan istifadə edə bilmədiklərini deyirlər. Mağazalarda satıcılar yeni əskinasların saxta olduğunu iddia edərək onları götürməkdən imtina edirlər. Hətta bəzi satıcılar alıcıları polislə təhdid edir, bu isə vətəndaşlarda çaşqınlıq və təşviş yaradır.

Şəkildə gördüyünüz 10 manatlıq əskinaslar saxta deyil.

Bu pullar yeni dövriyyəyə buraxılmış 10 manatlıq əskinazdır.

Belə ki, cari ilin mart ayının 18-dən etibarən yenilənmiş 10 manatlıq əskinaslar artıq tədavülə buraxılıb. Əskinasın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mövcud 10 manatlıqlarla yeni dövriyyəyə buraxılan 10 manatlıq əskinasların mühafizə sistemlərində də fərq var. Əvvəlki pullardan fərqli olaraq, yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir edilib. 

Bundan başqa, pul nişanının kənarlarında görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunub. Pul nişanının arxa tərəfində üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Əskinasın üzərində bənövşəyi və qızılı rəngli sayrışan “10 AZN” yazısı əks olunub.

OXU.AZ

Son xəbərlər
Digər xəbərlər