9 C
Baku
Thursday, December 12, 2024

Notr-Dam üçün €200 mln. və Bernard Arnault haqqında daha 7 fakt

Bernard Arnault-nun ailəsi və LVMH şirkətlər qrupu, Parisin Notr-Dam kilsəsinin bərpasına 200 milyon avro ayırmağı qərar veriblər. Biz isə sizin üçün fransız milyarderi haqqında maraqlı faktların bir neçəsini bir araya gətirdik.

Bu yaxınlarda Bernard Arnault dünyanın ən varlı insanların sıralamasında üçüncü yeri tutdu. O, yalnız Jeff Bezos və Bill Gates-dən geri qalır. LVMH şirkətlər qrupunda Arno ən birinci yerdədir, belə ki, onun sərvəti 90 milyard dollar təşkil edir.

d86e08a64ee857f2f6cb100f2d80f040Bernard Arnault ötən il Avropanın ən zəngin adamı kimi seçilmişdi, Bloomberg onun sərvətini 70,7 milyard dollar dəyərində qiymətləndirib.

Bernard Arnault-nun ikinci həyat yoldaşı olan Helen Mercier, Kanada mənşəli pianoçudur. İlk başlarda onun ailəsi bu nikaha qarşı olublar, belə ki, sevgililər arasında 10 il yaş fərqi var idi. Helen-in sözlərinə görə, Bernard Şopenin musiqisini ifa edərək onun ürəyini alıb.

beranrdo famBeş uşaqdan dördü Bernard ilə işləyirlər. Məsələn, milyarderin qızı Dolphina, Louis Vuitton şirkətinin vitse-prezidenti və Berlutti, Loro Piana markalarının rəhbəridir. Bir sözlə, o, Fransanın ən zəngin qadınlarından biridir və sərvəti 4 milyard avro təşkil edir. Oğlu Antoine – LVMH şirkətinin direktorlar şurasının üzvü və Berlutti, Loro Piana markaların rəhbəridir. Eyni zamanda, o, çoxdandır ki Rusiyanın ən məşhur modellərindən biri olan Natalya Vodyanova ilə yaşayır. İkinci oğlu Aleksandr, Rimowa brendini başçılıq edir, üçüncü oğlu Frederic isə Tag Heuer şirkətinin rəhbərlərindən biridir.  

c8882a115f23eeeecf46fbbaebf66b5aBiznes dünyasında Bernard  “kəşmirə bürünmüş canavar” adını almışdır.

Arnault-un elektron poçtu yoxdur, yalnız telefon. Milyarder qeyd edir ki, heç vaxt heç kimə mesaj yazmır, yalnız zəng vasitəsilə əlaqə saxlayır.

e1f399f4a5c17ebf1e22fb94debc0d49Bəzən Bernard Arnault mağazalarında satıcı kimi işləyərək əylənir. O, bunu Yaponiyada etməyi daha çox sevir, çünki orada onu heç kim tanımır. “Mağazanın əməkdaşları mənə gülürlər, mən isə hər şeyə özüm nəzarət edərək biznesin mənfi və müsbət cəhətlərini müəyyən edirəm.”. – deyə Arnault izah edir.

7763e5547ed066e956932c83c665c2443354ea4584f2b8231735776bb014cb87

Son xəbərlər
Digər xəbərlər