10 C
Baku
Wednesday, December 11, 2024

Almaniyda xarici vətəndaşın vergi öhdəlikləri – nə vaxt yaranır?

Almaniyada vergi prosesi  çox mürrəkkəb proseslərdən biridir.  Buna görədə, vətəndaşlar mütəxəssislərə müraciət edir.  Almaniya vergi sistemində aşağıdakı vergilər mövcuddur:

  • Sahibkarlıq vergisi
  • Fərdi vergi
  • Əmək haqqı vergisi
  • Həmrəylik vergisi
  • Kilsə vergisi
  • Gəlir vergisi

Almaniyada həm rezidentlərdən həm də qeyri rezidentlərdən vergi tutulur. Əgər şəxs xaricdən Almaniya gəlib 183 gün burada qalırsa,  bu halda o vergi verməyə borcludur. Bu da o halda mümkündür ki, həmin şəxsin gəliri Almaniyadan əldə olunsun. Rezidentlər öz statuslarından aslı olaraq vergi ödəyillər.  Statuslar nədən ibarətdir? Valideyn  tək övladı ilə yaşayırsa və əgər cütlüklürlərdən  biri (əsasən ər)  ailə qurandan bir il sonra rəhmətə gedirsə və sair olan halda faizlər müxtəlifliyi yaranır. Bundan əlavə şəxsin əgər bir gəlir yeri varsa o halda da vergi faizi müxtəlif olur.

Fiziki şəxs qeyri rezidentidirsə və yaşayış yeri yoxdur, gəliri bu ölkədən götürürsə məcburi şəkildə gəlir vergisi ödəməlidir.  Almaniya hökuməti ikili vergidən uzaq olmaq üçün 90 ölkə ilə müqavilə bağlayıb.  Gəlir vergisini kimliyindən aslı olmayaraq, bütün şəxslər verməlidir.

İqtisadçı – ekspert  Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər