2 C
Baku
Saturday, December 14, 2024

2019-cu ilin ən yaxşı avtomobilləri

Nyu-Yorkda “İlin dünya avtomobili” (World Car of the Year) mükafat mərasimi keçirilib. Banker.az xəbər verir ki, bu haqda məlumat konkursun təşkilatçılarının saytında yerləşdirilib.

Əsas nominasiyadakı mükafat “Jaguar I-Pace” elektrik avtomobilinə verilmişdir. O, müsabiqədə iştirak edən 40 avtomobil arasında seçilib. Bundan başqa, bu avtomobil daha iki nominasiyada qalib gəlmişdir – “Yaşıl avtomobil” və “Ən yaxşı dizayn”.

İki elektrik mühərrik ilə təchiz olunmuş bu avtomobil, 100 km/s sürətinə 4,8 saniyəyə çatır. Onun maksimal sürəti isə 200 km/s, enerji ehtiyatı isə 470 km  təşkil edir.

“Şəhərin ən yaxşı avtomobili”  kateqoriyasında “Suzuki Jimny” avtomobili qalib gəlmişdir. Lüks avtomobil kimi “Audi A7” avtomobili, hiperkar kimi isə “McLaren” seçilib.

Son xəbərlər
Digər xəbərlər