1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda geyim istehsalı 29 % azalıb

Azərbaycanda 2019-cu ilin yanvar-mart aylarında  toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 107 milyon manat dəyərində məhsul istehsal edilib.

 Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 61,4 faiz artım, geyim istehsalında 28,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 36 faiz azalma müşahidə
olunub.

Bildirək ki, cari ilinyanvar-mart ayında Azərbaycanda 33,127 tonluq pambıq lifi, 10,213 tonluq pambıq iplik istehsal edilib və eləcə də  19,5 min ədədlik üst geyim məhsulları istehsal edilib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər