9 C
Baku
Thursday, December 12, 2024

“Royal sığorta” xaricilərə satıla bilər

Bir qədər əvvəl lisenziyası Maliyyə Nazirliyi tərəfindən dayandırılmış “Royal Sığorta” şirkəti fəaliyyətini bərpa etmək niyyətindədir. Bu barədə fins.az-a açıqlamasında şirkətin idarə heyətinin sədri Nüsrət Babayev bildirib. Onun sözlərinə görə, hazırda şirkət məcbu kapitalının həcmini nazirliyin tələblərinə uyğun səviyyəyə qaldırmaq üçün variantları nəzərdən keçirir.

Xatırdadaq ki, “Royal Sığorta”nın məcmu kapitalının lazım olan səviyyəyə qaldırılması üçün 1 mln. 650 min manat tələb olunur. N.Babayev bildirib ki, şirkətin təsisçiləri məsələnin həlli üçün 3 variantı nəzərdən keçirirlər. Birincisi, hazırki səhmdarlar tərəfindən kapitalın artırılması, ikincisi, şirkətin digər şəxsə satılması, üçünc variant isə səhmdarların sırasına yeni şəxslərin cəlb edilməsidir.

Yeri gəlmişkən, şirkətin xarici hüquqi və ya fiziki şəxslərə satılacağı da istisna deyil: “Artıq bununla bağlı müəyyən təkliflər və satışla maraqlananlar da var”. İdarə heyətinin sədri bildirib ki, istənilən halda şirkət bu məsələni verilmiş vaxt ərzində, yəni qarşıdakı təqribən 5 ay ərzində həll etməlidir.

Xatırladaq ki, “Royal Sığorta” ASC-yə verilmiş lisenziyaların qüvvəsi, şirkətin məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş həddə uyğun olmadığından Maliyyə Nazirliyinin əmri ilə 24 fevral 2014-cü il tarixdən dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər