Əgər ABŞ prezident seçkilərində Respublikaçıların əsas namizədlərindən olan Mitt Romni qələbə qazansa, o Amerika tarixində ən varlı prezidentlər siyahısına daxil olacaq. Romni etiraf etdi ki, onun sərvəti 200 mln dollar məbləğində qiymətləndirilir. Siyasətçinin ailəsinin illik gəliri isə 21 mln dollara çatır, onların yalnız 3 mln dolları vergi olaraq xəzinəyə ödənilir. Romni “passiv” investisiya gəlirləri qazanır və ona görə də ümumiyyətlə işləməsə də olar.
1984-cü ildə onun yaradıcılarından biri olduğu Bain Capital şirkətinin investisiya fondu Romninin iştirakı olmadan belə çox qəşəng fəaliyyət göstərir.
Bütün bunlar ABŞ-ın hazırkı prezidenti Barak Obamanı qıcıqlandırmaya bilməz, o, mümkün vasitələr ilə vergi qanunvericiliyinə dəyişikliklər etməyə çalışır və bu yolla varlıları amerikan iqtisadiyyatının bərpasına öz töhfələrini verməyə məcbur etmək istəyir. O, qanun çərçivəsində və seçki kompaniyasında
Romni üzərində qələbə qazana biləcəkmi – bu hələ sual altındadır. Lakin ABŞ-ın ən varlı prezidentləri siyahısına Obama , çox ehtimal ki, daxil olmayacaq. Təkcə avtobioqrafiyaların uğurlu satışı, ona 3,8-7,3 mln dollar məbləğində sərvət yığmağa imkan verib. İnflyasiya və digər iqtisadi reallıqları nəzərə alsaq, hətta Mitt Romni belə varlı prezidentlər reytinqində yalnız ikinci və ya üçüncü yeri tutardı. Sizin diqqətinizə ən varlı ABŞ prezidentlərinin “qızıl onluğunu” təqdim edirik.
ABŞ tarixinin ən varlı prezidentlərinin Top10-luğu
Corc Vaşinqton (hakimiyyət illəri 1789-1797)
ABŞ-in ilk prezidentinin sərvətini rəqəmlərlə deyil, faizlərlə daha yaxşı ifadə etmək olar. 8 illik hakimiyyəti ərzində “Amerika millətinin atası” müasir pullarla hesabladıqda 525 mln dollar yığmışdır. Lakin ən əsası budur ki, təkcə onun əməkhaqqısı bütün Amerika büdcəsinin 2%-ə bərabər idi. Vaşinqton müstəmləkəçi Amerikada öz sərvətlərini daha tez artırmağa imkan verən bütün maliyyə manevrlərindən məharətlə istifadə edirdi. Prezidentə onun uğurlu nigahı və vergilərin praktiki olaraq yoxluğu da kömək etmişdi. Onun bir neçə plantasiyası var idi, bunlardan ən böyüyü Virciniya ştatında yerləşirdi və orada üç yüz qul işləyirdi.
Tomas Ceferson (hakimiyyət illəri 1801-1809)
ABŞ-ın Müstəqillik Deklarasiyasının müəllifi və Amerikanın üçüncü prezidenti Tomas Ceferson əməldə deyil, sözdə idealist olmağı üstün tutardı. Ona görə də, azadlıq və müstəqillik haqqında olan çıxışları ona ən böyük kölə sahibi olmağa mane olmadı. Beynəlxalq qul ticarətinə qarşı çıxan Ceferson təkcə plantasiyalarından 212 mln dollar gəlir əldə etmişdir. Siyasəti də ona əhəmiyyətli vəsaitlər qazandırırdı, lakin ömrünün sonunda uğur prezidenti tərk etdi. Tütünün aşağı qiyməti, ailə problemləri və israfçılıq onun borca düşməsinə səbəb oldu və onu demək olar ki, hər şeyini satmağa məcbur etdi: hətta ev kitabxanası 23,9 min dollara Konqresə verildi. Cefersona aid olan axırıncı 130 kölə isə ölümündən sonra hərracda satıldı.
Teodor Ruzvelt (hakimiyyət illəri 1901-1909)
ABŞ-ın ilk prezidentləri müstəmləkə dövrünün simvollarına çevrilmişdi. Məsələn, Tomas Ceferson bank və digər maliyyə təşkilatlarına etibar etmirdi. Lakin bir əsr sonra, Amerikanın iyirmi altıncı prezidenti Teodor Ruzvelt başqa cür fikirləşirdi. Ən yaxşı illərində sərvəti 125 mln dollara çatan Teodor Ruzvelt yalnız kənd təsərrufatına bel bağlamırdı: dövət sektorunda karyera qurmaq üçün illərini sərf etdi, bundan əlavə isə o, böyük miqdarda etimad əsasında idarə edilən səhmlərə nəzarət hüququ qazanmışdır. Amma sonda o, heyvandarlıq ilə bağlı fəaliyyətində iflas olmuş, nəticədə isə ömrünün sonuna qədər publisistika ilə məşğul olaraq borclarını ödəməyə məcbur qalmışdı.
Endryu Cekson (hakimiyyət illəri 1829-1837)
Köləlik quruluşunun ən parlaq nümayəndələrindən biri ABŞ-ın yeddinci prezidenti Endryu Cekson idi. O, Azərbaycanda bir o qədər də məşhur deyil, düzünə qalsa Endryu elə hakimiyyət illərində də səssiz və asta hərəkət etməyi üstün tuturdu. O həmişə öz işini səssiz görüb –istər vəkil kimi çalışanda, istər general olub hinduları öz qanlarında boğanda , istər Kriksk müharibəsini bitirəndə, istər də uğurla evlənərək hazırkı pullarla öz hesabına119 mln dollar əlavə edəndə və 300 kölənin sahibi olanda. Həmçinin də, Amerika tarixində ilk və yeganə adamdır ki, dövlət borcu bağlanmışdır. Amma görünür ki, ömrünün sonlarına yaxın onun öz borclarının öhdəsindən gəlməyə gücü çatmamışdır.
Ceyms Medison (hakimiyyət illəri 1809-1817)
ABŞ-ın dördüncü prezidenti nəinki Konstitusiya və hüquqlar haqqında Billin atası, həmçinin də İngiltərəyə qarşı azadlıq mübarizəsinin əsas aparıcı simalarından biri idi. Onu həyata baxışları 1812-ci il Böyük Britaniya ilə müharibənin başlamasının başlıca səbəblərindən biri oldu, bu isə ABŞ iqtisadiyyatına güclü zərbə vurdu. Medison 101 milyon dollar civarında qiymətləndirilən sərvətinin böyük bir hissəsini itirdi. Lakin onu pis vəziyyətə salan müharibə deyil, tütünün ucuzlaşması və oğulluğuna tapşırdığı plantasiyaların ağılsız idarə olunması idi.
Lindon Beyns Conson (hakimiyyət illəri 1963-1969)
Otuz altıncı prezident nəinki, ABŞ-da Kennedinin öldürülməsindən sonra siyasi tarazlığı bərpa etməyə, həmçinin də öz sərvətini sıfırdan yığmağa məcbur idi, beləki Lindon Ceksonun atası ailəni heçnəsiz qoymuşdu. Conson işin öhdəsindən müvəffəqiyyətlə gəldi: prezidentlik müddətinin sonunda onun mülkiyyətində nəinki, daşınmaz əmlak və torpaq, hətta radiostansiya və şəxsi təyyarə var idi. İlk insanın Aya göndərildiyi və əvvəl irəli sürülən, daha sonra isə Vyetnam müharibəsinin cəhbələrində unudulan “Böyük Cəmiyyət” proqramının təklif edildiyi dövrü əhatə edən prezidentin hakimiyyət illərində onun sərvətinin miqdarı 98 mln dollar qiymətləndirilirdi.
Herbert Klark Quver (hakimiyyət illəri 1929-1933)
Quver siyasətdə əsl kapitalist idi. Otuz birinci prezident olmamışdan qabaq, o ticarət naziri kimi işləməyə və səhm paketinə nəzarəti əlində cəmləşdirdiyi 11 neft şirkətini yaratmağa da vaxt tapmışdır. Yaradıcısı olduğu dağ-mədən kompaniyası Zinc Corporation isə sonradan Rio Rinto- ya daxil edilmişdir. Bütün bu müəssisələr Quverə 75 mln dollar qazanmağa imkan verdi, prezident əməkhaqqısını isə bütünlükdə xeyriyyə fondlarına köçürürdü. Amma 1929-cu ildə başlamış böyük depressiya Quveri qəfildən yaxaladı. Məşhur Quver bəndinin tikilməsi kimi bir sıra uğurlu təşəbbüslərə baxmayaraq, o ölkəni iqtisadi uçurumdan çıxara bilmədi.
Franklin Delano Ruzvelt (hakimiyyət illəri 1933-1945)
ABŞ-ın otuz ikinci prezidenti Franklin Delano Ruzvelt öz sələfindən sərvətinin həcminə görə geri qalsa da, ABŞ- iqtisadiyyatına təsir səviyəsinə görə isə onu qabaqlayırdı. Ruzveltin hakimiyyəti dövründə Qiymətli kağızlar və birjalar üzrə komissiya yaradılmışdır, bank sistemi bərpa edilmişdir, işsizlik aradan qaldırılmışdır, başqa sözlə, elə islahatlar aparılmışdır ki, Quver onu ayrı-ayrı layihələrlə əvəz etməyə cəhd göstərmişdir. Hər halda, diqqətimizi Ruzveltin məhz özünün pul vəsaitlərində cəmləşdirsək görərik ki, o zəngin ailədə anadan olmuş, cavanlığında az qala bütün sərvətini xərcləməsinə baxmayaraq, torpaq və daşınmaz əmlak miras qoya bilmişdir.
Uilyam Ceferson Klinton (hakimiyyət illəri 1993-2001)
Prezident kimi Bill Klinton kifayət qədər “kasıb” idi, amma istefa verəndən sonra o, on milyonlarla dollar qazanmağı bacarmışdır. Təbii ki, bu işdə onun Monika Levinski ilə yaşadığı sevgi macərası ilə bağlı qalmaqal da az rol oynamadı. Düzdür, Bill özü hələ də bu münasibəti təkzib edir, amma məhz bu xəbər onun kitablarının mağaza rəflərindən bir andaca yoxa çıxmasına səbəb oldu. Həmin hadisədən sonra belə, prezident milyonlarla insan tərəfindən fikirlərinə dəyər verilən ictimai sima olaraq qalmaqda davam edir. İstefadan sonra Klintonun reytinqi 68%-ə, sərvəti isə 38 mln dollara bərabər idi.
Con Fiscerald Kennedi (hakimiyyət illəri 1961-1963)
Con Kennedi ən varlı prezident siyahısına başçılıq edə bilərdi, əgər çox tez öldürülməsəydi. ABŞ-ın otuz beşinci prezidenti nəinki, azad bazara təzyiqi azaldaraq ABŞ iqtisadi sistemini modernləşdirməklə yanaşı, atasının sərvətininin varisi olsaydı, onda yəqin ki, bu onluğun iştirakçılarının çoxunun əmlakını satın alacaq qədər pulu olardı. Qiymətli kağızlar və birjalar üzrə komissiyanın rəhbəri Cozef Kennedi bazar müqavilələrindən müxtəlif qiymət qoyma ilə 1,65-3,31 mlrd dollar qazanmışdı. Bu pullardan ən azı bir milyardını Con miras kimi ala bilərdi.